Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
30 may 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201040109
Emissiya həcmi: 50 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 1092 gün
Faiz ödənişləri (olduqda)24 oktyabr 2023-cü il, 23 aprel 2024-cü il, 22 oktyabr 2024-cü il, 22 aprel 2025-ci il, 21 oktyabr 2025-ci il, 21 aprel 2026-cı il
Faiz gəliri: 7%
Ödəmə tarixi: 21.04.2026
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
18 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?



























