Xalq Bank Visa Business Platinum kartını təqdim edir
(®) Xalq Bank müxtəlif imtiyazlar təklif edən premium kartların çeşidini bu dəfə biznes sahibləri üçün genişləndirir.
Artıq Xalq Bankın sahibkar və hüquqi şəxs müştəriləri Visa Business Platinum kartını əldə edərək işgüzar səfərlər zamanı xərclərə qənaətlə yanaşı, dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanı əldə edəcəklər.
Visa Business Platinum kartı sahibinə səfər zamanı tibbi dəstək xidməti, Visa Global Assistance xidməti (kartın təcili əvəzlənməsi və ya bloklaşdırılması), LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında fəaliyyət göstərən sürətli keçid (Fast Track) xidmətini təklif edir. Özü və əməkdaşları tez-tez ezamiyyətlərdə olan biznes sahibləri Visa Business Platinum kartının sərfəli şərtləri və xərclərə nəzarət imkanlarından faydalana bilərlər. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür. Kart 1, 2 və 3 il müddətinə təqdim edilir.
Qeyd edək ki, bir neçə müddət öncə Xalq Bank Visa Beynəlxalq Ödəniş Sistemi tərəfindən “Biznes kartlarının sayında ən çox artıma görə” nominasiyası üzrə mükafatlandırılmışdı.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























