Visa, Azərbaycanın daxil olduğu bölgəsi üzrə yeni marketinq direktoru təyin edib
Bu gün Visa şirkəti, Tariq Abdullanın baş vitse-prezident və Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə təyin olunmasını rəsmən elan edib.
Bu barədə Marja-ya Visa-dan bildirilib.
CEMEA regionuna Azərbaycan da daxildi. Tariq Abdulla artıq 2 maydan etibarən bu vəzifəni icra edir.
Visa-nın qlobal marketinq direktoru Frənk Kuperin rəhbərliyi altında Tariq Abdulla Visa-nın Dubaydakı (BƏƏ) regional ofisində çalışaraq, CEMEA regionunda əhatə dairəmizi genişləndirməyə, məhsul, xidmət və həllərimizə tələbatı təşviq etməyə, müxtəlif kampaniyalar və təbliğat fəaliyyətləri vasitəsilə məqsədlərimizi yaxınlaşdırmağa, eləcə qlobal sponsorluq təşəbbüsləri yolu ilə dəyərlərimizi gücləndirməyə kömək edəcək.
“Tariq bizə maraqlı dövrdə qoşulur. Keçmişdə müştərilər heç vaxt Visa ilə bir brend və xidmət təchizatçısı kimi bu qədər sıx əlaqədə deyildilər. İndi Visa onlar üçün gündəlik həyatda və biznesdə daima yeni imkanlar yaradır və onları genişləndirir,” - Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika üzrə regional prezidenti Əndryu Torre qeyd edib.
Qeyd edilib ki, Tariq 20 ildən artıq bir müddətdə topladığı zəngin təcrübəni Visa-ya gətitir. Öncədən o, Yaxın Şərq – Afrika – Cənubi Asiya regionunda TikTok-un baş meneceri vəzifəsində çalışaraq, 9 regional ofisdə müvafiq komandalara rəhbərlik edib, kontent strategiyası, marketinq və tərəfdaşlıqların məharətli kombinasiyası vasitəsilə istifadəçilərin və mənfəətliliyin artmasına, platformanın uğurlu kommersiyalaşmasına nail olub.
Bundan əvvəl Tariq 10 il ərzində Google şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarda marketinq komandalarına rəhbərlik edib.
“Rəqəmsal ödəmələrdə dünya lideri və ən etibarlı brendlərdən biri olan Visa-ya qoşulmağıma çox sevinirəm, – Tariq təyin olunduqda söylədi. – Visa-nın məramını – ödəmələrin edilməsi və qəbulu üçün ən mükəmməl bir vasitəyə çevrilərək bütün insanların rifahına töhfə etmək – həyata keçirmək naminə işləmək imkanını səbirsizliklə gözləyirəm.”
Tariq Böyük Britaniyanın Şeffild biznes məktəbindən biznes inzabatçılığı magistri dərəcəsini, Beynəlxalq reklam assosiasiyasının əlavə təhsil diplomunu almazdan öncə Qahirədə Amerika universitetinin fərqləndirmə ilə bakalavr dərəcəsi ilə bitirib. Evlidir, iki övladı var. Mütaliə və səyahət etməyi xoşlayır, avtomobil idmanının həvəskarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün sonra
Xaricdə təhsil almaq istəyənlərin və maraqlananların diqqətinə!
-
17 d. əvvəl
Zəlzələdən sonra dəmiryol xətlərində diaqnostika aparılır - Qatarların sürəti aşağı endirilib
-
- 37 d. əvvəl
-
51 d. əvvəl
"Avromed" işlənmiş avtomobillərini hərrac yolu ilə satır - QİYMƏTLƏR
-
59 d. əvvəl
Mənzilləri qısa müddətdə satılan "Avant Park"ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNA
-
1 saat əvvəl
Prezident Sülh sazişi barədə - "Biz hələ də konsensusa yaxın deyilik"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Embafinans” istiqrazlarının yerləşdiriləcəyi tarix açıqlanıb

Aylıq 604 AZN-dən premium mənzilə sahib olmaq imkanı

Xaricdə təhsil almaq istəyənlərin və maraqlananların diqqətinə!

Zəlzələdən sonra dəmiryol xətlərində diaqnostika aparılır - Qatarların sürəti aşağı endirilib

Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub

Mənzilləri qısa müddətdə satılan "Avant Park"ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNA

Bakıda mühüm görüş - YENİLƏNİB

SOCAR-ın prezidenti “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Əliyev Qırğız Prezidentinə zəng edib

“Embafinans” istiqrazlarının yerləşdiriləcəyi tarix açıqlanıb

"Azərbaycanda 20-dən çox müəssisə şərab istehsal edir, lakin 4-5 şirkət əsas ixracatçıdır"

"Bu il şərab ixracından 8 milyon dollar gəlir əldə edəcəyik"

Balıq hisləyən şirkətə yeni sədr seçiləcək

Sabahın rəsmi məzənnəsi müəyyən edilib
