Wolt+ və ya çatdırılma bazarının Netflix abunəliyi
(®) Bu gündən etibarən Wolt Azərbaycanda abunəlik əsasında çatdırılma xidmətini təklif edən ilk şirkət olacaq.
Bu abunəlik ilə istifadəçilər ödənişsiz çatdırılma haqqı ilə yüzlərlə restoran və mağazalardan sifariş vermək imkanı əldə edəcəklər. Xidmət artıq əlçatandır və ilk 30 gün ərzində bütün istifadəçilər tərəfindən ödənişsiz sınaqdan keçirilə bilər.
“Wolt Azərbaycan”-ın baş meneceri Tofiq Süleymanovun sözlərinə görə, Wolt+ xidmətini izah etməyin ən asan yolu onu Netflix ilə müqayisə etməkdir. “Qısaca olaraq Wolt+ istifadəçiləri Netflixdəki kimi aylıq ödəniş ödəyərək, abunəliyə daxil olan restoranlardan və ya mağazalardan heç bir çatdırılma haqqı olmadan sifariş verə bilərlər”.
Tofiq Süleymanov qeyd edib ki, koronavirus pandemiyası insanların vərdişlərini dəyişib və onların həyatını asanlaşdıran xidmətləri populyarlaşdırıb. “Koronavirus məhdudiyyətləri aradan qaldırılsa da, insanlar həyatlarını asanlaşdıran vərdişlərindən imtina etmək istəmirlər. Yemək və ya mağazalardan çatdırılma bir çox insan üçün normaya çevrilsə də, ödənişsiz olması bir çoxlarının istəyi idi. Wolt+ ilə istifadəçilər ayda 1 dəfə abunəlik haqqı ödəyərək, seçilmiş məkanlardan olan sifarişlərdə çatdırılma haqqı ödənişlərindən azad olunacaqlar.”
Wolt+ nədir?
Wolt+ xidməti ilə istifadəçi aylıq ödəniş ödəməklə Wolt+ abunəliyinə qoşulmuş restoran və ya mağazadan verdiyi hər sifariş üçün ödənişsiz çatdırılma haqqı əldə edir.
Ayda cəmi 5.49 AZN ödəyərək, bütün istifadəçilər pulsuz çatdırılmadan yararlana bilər. Əgər siz ay ərzində 2 dəfədən çox sifariş edirsinizsə, qənaət etdiyiniz məbləğ aylıq ödənişdən daha çox olur.
Bu necə işləyir?
Wolt+ abunəliyinə qoşulduqdan sonra istifadəçilər Wolt+ daxil olan məkanları Wolt tətbiqində kiçik W+ loqosu ilə tanıya bilərlər. Bu məkanlar istifadəçinin ətrafında olan 4 km radiusu əhatə edir və ödənişsiz çatdırılma abunəliyinin bir hissəsidir. İstifadəçi öz sifarişini əvvəlki kimi yerləşdirir, lakin ödəniş mərhələsinə çatdıqda çatdırılma haqqı əlavə olunmur. İstifadəçi istənilən vaxt hesaba daxil olaraq, Wolt+ bölməsindən abunəliyi ləğv edə bilər.
Wolt+ abunəliyi hal-hazırda Bakı şəhərində aktivdir və 8 AZN-dən başlayan minimal sifariş məbləği ilə keçərlidir.
Wolt şirkəti haqqında
Wolt restoran və mağazalardan çatdırılmanı təmin edən və asanlaşdıran texnologiya şirkətidir. On minlərlə restoran və mağaza partnyorları ilə 25 ölkənin 250-dən çox şəhərində yüz minlərlə kuryer tərəfdaşları ilə fəaliyyət göstərir. Wolt şirkəti 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində təsis olunub və baş icraçı direktoru olan Miki Kuusi tərəfindən idarə olunur. 9 noyabr 2021-ci ildə Wolt və Doordash şirkətlərinin birləşməsi haqqında rəsmi olaraq elan olunub. Bu gün DoorDash 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i Wolt məhsulu və brendindən istifadə edir.
Ətraflı: https://wolt.com/az/discovery
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb























