"Azərbaycanda bank sayı çoxdur, bir neçə bankın bağlanması ehtimalı yüksəkdir"
İqtisadçı Samir Əliyev hesab edir ki, bank lisenziyasının ləğv edilməsi prosesi “Günay Bank” ASC ilə yekunlaşmayacaq.
Onun sözlərinə görə, bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir:
"Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir".
Qeyd edək ki, “Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların sayı 25-dən 24-ə düüşb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə, “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Həmçinin oxu
“Günay Bank”ın lisenziyası ləğv edildiMayın əvvəlində Mərkəzi Bankın sədri Taleh Kazımov, "Bəzi bankların maliyyə göstəricilərində çağırışlar var",deyərək bir sıra banklarda problem olduğuna işarə etmişdi.
"Biz onlar ilə çox sıx çalışırıq. Sevindirici məsələ ondan ibarətdir ki, çağırışlar olan banklar sistem əhəmiyyətli deyil. Qeyd etdiyim kimi, onlar ilə çalışırıq və ümidvaram ki, bundan sonra bizim maliyyə sektorumuz dayanıqlılıq nöqteyi-nəzərdən güclənəcək",- Kazımov demişdi.
Taleh Kazımov "maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm" demiş və əlavə etmişdi:
"Təmziləyici qurumun rəhbəri olaraq maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm. Sektor üçün əsas risklər - kredit riski və əməliyyat riskidir. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Bankların əksəriyyəti pərakəndə bankçılıqda fəaliyyət göstərir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3,7%-dir. İqtisadiyyatımızın durumu nöqteyi-nəzərdən maliyyə sektorumuz çox güclüdür. Siz soruşsanız ki, "maliyyə sektorunun durumundan razısınız?", sozsüz ki, "yox". Qarşıya qoyduğumuz islahatlardan irəli gəlir ki, bizim maliyyə sektorumuz iqtisadi inkişafda rolu artsın, onlar həm risklərin idarə edilməsi sahəsində, həm korporativ idarəetmə sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə başlasınlar, bununla öz maliyyə dayanıqlıqlarını gücləndirsinlər. Əsasən də, istəyimiz odur ki, əhalinin əmanətləri, onların hüquqları müdafiə olunsun və iqtisadi inkişafa dəstək olsunlar".
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 saat sonra
-
-
11 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
12 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















