Bu rayon diqqəti çəkir - 5 mindən çox turist axını
Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Oğuz rayonu Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindəndir. Son illər rayonda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə nümayəndəsi Ulduz Baxışova bildirib ki, hazırda rayonda 4 turizm istirahət mərkəzi, 6 otel, 20-dən çox ailəvi istirahət mərkəzi fəaliyyət göstərir.
Otellərdə bir nəfərin bir günlük qalmaq haqqı 30-40 manat, “AFRA” otelində isə 40-60 manat arasında dəyişir.
Baş Daşağıl kəndindəki “Saf təbiət”, Xalxal kəndindəki “Qreland”, Xaçmaz kəndindəki “Təpə yeri”, Oğuz şəhərindəki “Oğuz” istirahət mərkəzlərində, həmçinin son illər istifadəyə verilən “Farel”, “Qızılağac”, “Qaynama”, “Oğuz eli”, “Palma” və digər ailəvi istirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Regional idarənin təmsilçisinin dediyinə görə, ötən il Oğuza 15 mindən çox turist gəlib. Cari ilin ötən dövründə isə rayona gələn turistlərin sayı 5 mini ötüb.
Əsrarəngiz təbiəti olan Oğuz rayonu qədim tarixi abidələri ilə də turistlərin diqqətini çəkir. Hazırda rayonda dövlət qeydiyyatına götürülmüş 39 tarix və mədəniyyət abidəsi mövcuddur. Alban məbədləri, sineqoqlar, kurqanlar, Muxas qülləsi, Surxayxan qalası, qədim məscidlər tarixilik baxımından turistlər üçün böyük maraq kəsb edir. Turistlərin abidələrə səyahətini təşkil etmək üçün xüsusi marşrutlar müəyyənləşdirilib.
Rayonda kənd yaşıl turizm növü də getdikcə daha geniş yayılmaqdadır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
11 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
11 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
12 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 12 saat əvvəl
-
23 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ