Kapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilib
(®) Müxtəlif sosial təşəbbüslərə hər zaman fəal dəstək göstərən Kapital Bank 8 may – Beynəlxalq Talassemiya Günü ərəfəsində Azərbaycan Talassemiya Federasiyası ilə birgə ənənəvi qanvermə aksiyası keçirib.
“Bir qan, bir can” şüarı ilə keçirilən qanvermə aksiyası 3 və 5 may 2023-cü il tarixində bankın baş ofisində olub.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunan tibb briqadasının həkim-hematoloqları Kapital Bank-ın əməkdaşlarının sağlamlıq durumunu yoxladıqdan sonra onların aksiyada iştirak etmələrinə icazə verib. Ümumi olaraq 100 nəfərdən artıq əməkdaş könüllü olaraq aksiyaya qoşularaq qana ehtiyacı olan uşaqlara dəstək göstərib.
Qeyd edək ki, Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 43 d. əvvəl
-
48 d. əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 50 d. əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
16 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi



















