Nikoloz Şurqaia və komandası “Nikoil Bank”ı mənfəətə çıxartdı
2015 və 2016-cı illəri böyük zərərlər ilə başa vurmuş “Nikoil Bank” ASC 2017-ci ili xalis mənfəətlə yarılayıb.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, “Nikoil Bank” cari ilin yanvar-iyun ayları üzrə 580,24 min manat xalis mənfəət əldə edib.
Bank 13 milyon 519 min manat əməliyyat mənfəətinin 12 milyon 925,93 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
30 İyun 2017-ci il tarixində “Nikoil Bank” ASC 53 milyon 445 min manat məcmu kapitala malik olub. Bu da, banklara qarşı 50 milyon manat olan kapital tələbini üstələyir.
Cari ilin 1-ci yarısının sonunda “Nikoil Bank 413 milyon 210 min manat cəmi aktivlərə, 371 milyon 324 min manat cəmi öhdəliklərə malik olub. Bank ötən ilin sonunda 439 milyon 726 min manat cəmi aktivlərə və 399 milyon 165 min manat cəmi öhdəliklərə malik idi.
Qeyd edək ki, 2016-cı il 22 iyul tarixindən etibarən İnvestisiya və Kommersiya bankı olan NIKOIL I BANK-da İdarə Heyətinin sədri vəzifəsini Nikoloz Şurqaia tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















