“MKT İstehsalat Kommersiya” şirkəti Ağdamda ekoloji layihə həyata keçirib - FOTOLAR
Ərazidən 6 ton plastik, metal, şüşə, taxta qırıqları və təbiət üçün zərərli olan polietilen paketlər toplanaraq aidiyyatı üzrə təhvil verilib.(®) “MKT İstehsalat Kommersiya” (“MKT İK”) şirkəti “Beynəlxalq Yer Günü” münasibətilə Ağdam rayonunun Əhmədağlı kəndi ərazisində yerləşən yararsız hala gəlmiş meydançada və meydança kənarı ilə axan arxda ekoloji layihə həyata keçirib.
Layihədə Ağdam filial əməkdaşları və baş ofis əməkdaşları ilə birlikdə 50-ə yaxın insan iştirak edib. Habelə, zibillərin kütləvi toplanması və daşınması üçün 2 ədəd traktor, 6 ədəd qoşqu və 1 ədəd buldozer də layihəyə cəlb olunub. Beləliklə, meydança 2-3 saat ərzində 6 ton plastik, metal, şüşə, taxta qırıqları və təbiət üçün zərərli olan polietilen paketlər toplanaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, “MKT İK” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























