“Sel” şirkətinin istehsal və satış fəaliyyətləri dayandırıldı - SAXTAKARLIQ
12 ay yararlılıq müddəti olan məhsullar, 3 il yararlılıq müddəti qeyd edilərək satılıb. Kosmetik məqsədli "Sel" bitki yağlarında böyük saxtakarlıqlar.Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 30H saylı sahədə yerləşən “Sel” MMC-yə məxsus bitki yağlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Belə ki, müəssisədə çaytikanı yağının emalı zamanı günəbaxan yağından istifadə edilsə də, bu barədə məhsula dair texniki şərtdə və məhsulların qablaşdırılmasında heç bir məlumat öz əksini tapmayıb.
Aparılmış araşdırma zamanı çaytikanı yağının emalı zamanı heç bir çaytikanı meyvəsindən və çəyirdəyindən istifadə edilmədiyi, çaytikanı yağının tərkibindəki karatinoidin miqdarını günəbaxan yağına “Betakaratin” (maye halda) əlavə etməklə tənzimləndiyi və məhsula xas texnoloji proseslərin heç birindən istifadə edilmədiyi aşkarlanıb.
Müəssisədə emal olunan kosmetik məqsədlər üçün nəzərdə tutulmuş, sözügedən məhsullara dair təsdiq edilmiş texnoloji təlimatda daxilə qəbulu qadağan edilmiş “Sel” əmtəə nişanlı bitki yağlarının (badam, kokos, balqabaq, ud hindi, küncüt) qablaşdırılmasında qanunvericiliyə zidd olaraq “xaricə və daxilə qəbul” məlumatı, eyni zamanda, müxtəlif xəstəliklərin müalicəsində istifadə və məhsula dair dozalaşma qeyd edilib. Həmçinin, “Sel” əmtəə nişanlı qarazirə yağı və “Seide” əmtəə nişanlı çaytikanı yağı məhsullarının istehsal və son istifadə tarixlərində uyğunsuzluqlar müəyyən olunub. Texniki şərtdə məhsulların yararlılıq müddəti 12 ay qeyd olunsa da, müəssisə tərəfindən yağlarda əsassız olaraq 3 il yararlılıq müddəti qeyd edilib.
Bitki yağlarının emalında istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər, məhsulların qablaşdırılmasında istifadə olunan şüşə qabların uyğunluq sertifikatı yoxlamaya təqdim olunmayıb. Müəssisədə havalandırma sistemi quraşdırılmayıb, dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmır.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin dayandırılması, qanunvericiliyin tələblərinə zidd olaraq markalanması həyata keçirilən bütün qablaşma materiallarının və içlik vərəqələrinin dövriyyədən çıxarılması, satışı reallaşdırılan bitki yağlarının ticarət şəbəkələrindən geri çağırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, müəssisədə emal edilmiş yağlardan laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
16 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
18 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
19 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















