Azərkosmos-un xalis mənfəəti azalsa da, kredit borcunu tamamilə bağlayıb
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsi 2022-ci ilin yekunlarına dair maliyyə nəticələrini açıqlayıb.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, maliyyə nəticələrini əks etdirən hesabata əsasən Azərkosmos 2022-ci ili 1 milyon 419 min manat xalis mənfəətlə başa vurub. Azərkosmos 2021-ci ili 14 milyon 528 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Azərkosmos un xalis mənfəəti 10,2 dəfə azalıb.
2021-ci idə Azərkosmosun satışdan gəlirləri 57 milyon 804 min manat ikən, 2022-ci ildə 49 milyon 548 min manata düşüb.
Agentliyin press-relizində bildirilir ki, ümumilikdə, Azərkosmosun gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır. Azərkosmos dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk sıralardadır. 2022-ci ildə agentliyin “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri üzrə ixrac portfelini əsasən Böyük Britaniya, Fransa, Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan kimi ölkələrin qabaqcıl şirkətləri təşkil edib. Bu isə öz növbəsində bir tərəfdən Azərkosmosun likvidliyinin güclənməsinə təsir edir, digər tərəfdən isə ölkəyə stabil xarici valyuta axınını təmin edir. Həmçinin Azərkosmosun likvidlik əmsalı 2021-ci ilə nisbətdə 2022-ci ildə artaraq 1.14 (2021-ci il üzrə likvidlik əmsalı: 0.29 ) olub. Agentlik 2022-ci il ərzində qısamüddətli maliyyə öhdəliklərini yerinə yetirəbilmə qabiliyyətinin səmərəli istifadəsinə nail olub.
"2022-ci maliyyə ili ərzində Azərkosmos üçün ən vacib məqamlardan biri də agentliyin “BNP Paribas” bankı qarşısında olan kredit öhdəliklərinin yekunlaşmasıdır. Belə ki, “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-ın “Orbital Sciences” korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə ABŞ-ın İxrac-İdxal Bankı ilə əməkdaşlıq edilərək 2011-ci ildə kredit sazişi imzalanıb və ümumi məbləği 116.6 milyon ABŞ dolları olan kredit əldə edilib. 2013-2022-ci illər ərzində kredit ödənişləri heç bir gecikmə olmadan vaxtlı-vaxtında icra edilib. Kredit borcu üzrə son ödəniş 2022-ci ilin dekabr ayında həyata keçirilib və kredit sazişi üzrə öhdəliklər tamamilə bağlanıb.
Azərkosmosun ümumi öhdəlikləri 2022-ci ilin sonunda 2021-ci ilə nisbətdə 159.7 milyon manat və ya 30% azalaraq 362.1 milyon manata düşüb. Azərkosmosun öhdəlikləri əsasən peyk layihələri ilə bağlı götürülmüş kreditlərdir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtlı-vaxtında geri ödənilir",- press-relizdə bildirilir.
Qeyd edək ki, Azərkosmosun 2022-ci ilin yekunları üzrə dərc olunmuş maliyyə hesabatları “Baker Tilly Audit Azərbaycan” QSC audit şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən müstəqil auditor rəyi alıb.
Azərkosmosun 2022-ci ilin yekunları üzrə maliyyə hesabatı ilə aşağıda tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
9 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 29 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.




















