"Rabitəbank" 2023-cü ilin ilk rübü üzrə maliyyə vəziyyətini açıqladı
Bnak 2023-ün ilk rübünü mənfəət ilə başa vurub"Rabitəbank" ASC 2023-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Rabitəbank" 2023-cü ilin 1-ci rübünü 5 milyon 79 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2022-ci ilin 1-ci rübünü 5 milyon 73 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə cüzi (6 min manat) artıb.
GƏLİRLƏRİ ARTIB
2023-cü ilin 1-ci rübündə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 30 milyon 967 min manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 21,3% və ya 5 milyon 438 min manat çoxdur. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat gəlirləri 25 milyon 529 min manat təşkil etmişdi.
2023-cü ilin 1-ci rübündə "Rabitəbank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 25 milyon 999 min manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 31,1 % və ya 6 milyon 169 manat çoxdur. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat xərcləri 19 milyon 829 min manat təşkil etmişdi.
"Rabitəbank"ın əməliyyat mənfəəti 2022-ci ilin ilk rübündə 4 milyon 968 min manat ikən, 2023-cü ilin ilk rübündə 5 milyon 700 min manat təşkil edib (Bankın əməliyyat mənfəəti 732 min manat artıb).
2023-cü ilin 1-ci rübündə Rabitəbank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 626 min manat təşkil edib. 2022-ci ilin ilk rübündə isə ehtiyatdan azad olmuş 11 min manat Bankın mənfəətinə əlavə edilmişdi.
31 Mart 2023-cü il tarixində "Rabitəbank"ın cəmi aktivləri 924 milyon 384 min manat təşkil edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 3,2% və ya 30 milyon 605 min manat azdır. Bank 2022-ci ilin sonunda 954 milyon 989 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalması nağd pulun və qiymətli kağızlara investisiyaların azalması ilə bağlıdır.
KREDİT PORTFELİ BÖYÜYÜB
"Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin sonu ilə müqayisədə 3,6% və ya 22 milyon 50 min manat artaraq 31 Mart 2023-cü il tarixində 632 milyon 927 min manat təşkil edib.2022-ci ilin sonunda Bankın kredit portfeli 610 milyon 877 min manata çatmışdı.
"Rabitəbank"ın qiymətli kağızlara investisiyaları 31 milyon 420 min manat azalaraq 86 milyon 498 min manata geriləyib.
31 Mart 2023-cü il tarixində "Rabitəbank"ın depozit portfeli 549 milyon 456 min manat təşkil edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 9,5% və ya 57 milyon 547 min manat azdır. Bank 2022-ci ilin sonunda 607 milyon 4 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI 104 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2023-cü il tarixində "Rabitəbank" 104 milyon 490 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2022-ci il tarixində 109 milyon 40 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat sonra
-
-
1 d. əvvəl
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir
- 6 d. əvvəl
-
14 d. əvvəl
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
-
15 d. əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 22 d. əvvəl
- 37 d. əvvəl
-
14 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
eBay 800 əməkdaşını işdən azad edəcək
Ford 4 milyon 380 min avtomobili geri çağırır
Ən çox oxunanlar
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
ABB-dən 100 milyon manatlıq istiqraz
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər






















