Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib
Ər-Riyad şəhərində keçirilmiş Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclasında iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması, biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.Azərbaycanda biznesə dəstək göstərən qurumların nümayəndələri, eləcə də turizm, kənd təsərrüfatı, sənaye, tikinti, investisiya, nəqliyyat, konsaltinq və s. sektorlarda fəaliyyət göstərən iş adamları Səudiyyə Ərəbistanında səfərdədir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş səfərin məqsədi hər iki ölkənin KOB subyektləri və sahibkarlara dəstək və xidmət göstərən qurumları arasında əlaqələrin genişləndirilməsi, KOB-ların iştirakı ilə birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının və təcrübə mübadiləsinin nəzərdən keçirilməsidir.
Səfər çərçivəsində Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib. Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının, İnvestisiya Nazirliyinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.
İclasdakı çıxışlarında Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Məhəmməd Əl Hassnah, Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədrləri - Əhməd Əli Əl Dakhil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov və İşgüzar Şuranın sədr müavini Turki Alhokair müvafiq olaraq ölkələrimizin işgüzar dairələri arasında ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları, şuranın yaradılması məqsədi, KOBİA və Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri barədə məlumat veriblər.
Tədbir çərçivəsində KOBİA və AZPROMO tərəfindən ölkəmizin biznes və investisiya imkanları, ixrac potensialı, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan iş adamları tərəfindən biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri barədə təqdimatlar keçirilib.
Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi və İxracın İnkişafı İdarəsi tərəfindən isə bu ölkənin investisiya potensialına, iş adamları üçün yaradılmış imkanlara və istehsal olunan məhsul və xidmətlərə dair təqdimatlar keçirilib.
Tədbirdən sonra təşkil olunmuş “B2B” görüşlərdə hər iki ölkənin KOB-ları arasında məlumat və təcrübə mübadiləsi, əməkdaşlıq imkanları, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI

























