61 milyard dollarlıq satınalmanın rəqabətə zidd olduğu bildirildi - "Broadcom-un VMware-i alması rəqabəti məhdudlaşdıracaq"
Avropa İttifaqı (Aİ) ABŞ-ın çip istehsalçısı Broadcom-un, ABŞ-ın digər bulud hesablamaları, virtuallaşdırma və proqram təminatı şirkəti VMware-ni 61 milyard dollara almasının rəqabətə zərər verəcəyini bildirib.Avropa ittifaqı Komissiyası, Broadcom-un VMware-i satın alması ilə bağlı dekabr ayında başladılan rəqabət araşdırmasında şirkətə qarşı ittihamları ehtiva edən rəsmi etiraz bəyanatının göndərildiyini açıqlayıb.
Marja-nın məlumatına görə, bəyanatda deyilir ki, bu alış VMware-in virtuallaşdırma proqramı ilə çalışan müəyyən cihaz komponentləri bazarında rəqabəti məhdudlaşdıra bilər.
Broadcom-un geniş çeşiddə yarımkeçirici və infrastruktur məhsulları (məlumat mərkəzi, şəbəkə, genişzolaqlı və simsiz internet avadanlıqları və s.) istehsal edən bir şirkət olduğunu xatırladılıb, bu cür məhsulların mühüm qlobal tədarükçüsü olduğu qeyd edilib.
Açıqlamada, VMware-nin də oxşar məhsulların əhəmiyyətli hissəsinin istehsalçısı olduğuna diqqət çəkilərək, satınalmanın qlobal bazarlarda rəqabəti məhdudlaşdıra biləcəyi ilə bağlı narahatlıqların olduğu qeyd edilib.
Avropa ölkələrində fəaliyyət göstərən iri şirkətlərdə birləşmə və satınalmalara nəzarət Avropa İttifaqı (Aİ) Komissiyasının səlahiyyətinə daxildir.
Aİ Komissiyası araşdırmalarında rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zidd hallar aşkar edilərsə, Aİ Komissiyası birləşmə və ya satınalmaların qarşısını ala bilər.
Broadcom keçən ilin may ayında texnologiyası şirkəti VMware-ni 61 milyard dollara alacağını açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
24 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
26 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 38 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur

























