Deputat bu qanun layihəsini tənqid etdi - “çox ciddi qiymət artımı olacaq”
“Pərviz Şahbazovun sözü ilə razı deyiləm ki, “Elektroenergetika haqqında” qanun layihəsinin qəbulundan sonra qiymət artımı olmayacaq. Xeyr, çox ciddi qiymət artımı olacaq”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxışı zamanı deputat Vahid Əhmədov deyib.
“Bu qanun sosial, siyasi qanundur. Burada 3 mərhələ nəzərdə (2025, 2025-2028, 2028-ci ildən sonra) tutulur. Birinci, 2025-ə qədər iki seçki nəzərdə tutulur - Parlament və Prezident seçkiləri. Belə bir qanun layihəsi ilə seçkilərə getmək mənfi amillərə səbəb ola bilər. Ona görə də təklif etdik ki, bu mərhələləri dəyişmək lazımdır. Qanunun 2025-ci ildən sonra deyil, 2027-2028-ci ildən tətbiqinə başlayaq. Dedik ki, gəlin pilot layihələr keçirək, rentabelliyini görək. Kim deyirsə, bu tariflərə təsir etməyəcək, mümkün olan şey deyil. Şirkət investisiya qoyursa, orada qiymət dəyişikliyi olacaq. Gəlin, bu qanun layihəsini işləyək. Bunu 3-cü oxunuşa çıxarmaq olmaz. Siz bizə sürpriz hazırlamayın. Saxlayın bu qanun layihəsini, bizim sürprizə ehtiyacımız yoxdur”, - deyə deputat əlavə edib.

Nazir: “Elektroenergetika haqqında” yeni qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir
“Elektroenergetika haqqında” yeni qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.
“Əvvəla qeyd etmək lazımdır ki, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi, ümumiyyətlə, nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək. Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün o da tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdan satış qiymətlərini, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək”, - deyə nazir əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























