"PAŞA Sığorta"nın xalis mənfəəti artıb
"PAŞA Sığorta" ASC 2022-ci ili 29 milyon 201 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 24 milyon 634 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, "PAŞA Sığorta"nın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 4 milyon 567 min manat və ya 18,5% artıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə "PAŞA Sığorta"nın cəmi əməliyyat gəlirləri 212 milyon 214 min manat, cəmi əməliyyat xərcləri 173 milyon 883 min manat olub. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 190 milyon 448 min manat, cəmi əməliyyat xərcləri 160 milyon 246 min manat təşkil etmişdi.
2021-ci ildə "PAŞA Sığorta"nın topladığı sğorta haqları 166 milyon 866 min manat ikən, 2022-ci ildə 206 milyon 158 min manat təşkil edib. Şirkətin sığorta ödənişləri isə 2021-ci ildəki 75 milyon 26 min manata qarşı, 2022-ci ildə 68 milyon 457 min manat olub.
"PAŞA Sığorta"nın investisiya gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 7,5% artaraq 12 milyon 754 min manata yüksəlib.
“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)







.jpg)










