"Bizə 120 institut lazımdır, ya yox?!"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyevin müsahibəsi
- Azərbaycanda elmi müəssisələrin akkreditasiyası gözlənilirmi?
- Hazırda bu məsələ müzakirə olunur. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə Akkreditasiya Komissiyası yaradılacaq.
- Bu komissiyanın yaradılması hansı zərurətdən irəli gəlir?
- AMEA öz daxilində müəssisələrinin fəaliyyətini yaxşı kimi qiymətləndirə bilər. Amma ona, eləcə də işçiyə kənardan da qiymət verilir. Azərbaycanda 120-dən çox elmi müəssisə var. Onların hamısı eyni effektivliklə işləmir. Ona görə də bu komissiya baxacaq ki, hansı institut səmərəli, hansı institut səmərəsiz işləyir. Yəqin ki, gələn ilin yanvar-fevral aylarında bu məsələyə baxılacaq.
- Azərbaycan üçün 120-dən çox elmi müəssisənin olması çox deyilmi? Sizcə, onların istiqamətlər üzrə birləşdirilməsi vacib deyil?
- Bəli, vacibdir. Akkreditasiya məsələsi də bunu gündəmə gətirmək üçün qoyulub. Bu strukturu optimallaşdırmaq lazımdır. Müəyyənləşdirməliyik ki, bizə 120 institut lazımdır, ya yox.
- Onda belə aydın olur ki, akkreditasiya nəticəsində Azərbaycandakı elmi müəssisələrin sayı azaldıla bilər.
- Ola bilər. Elmi müəssisələrin fəaliyyətində struktur dəyişiklikləri olacaq,effektsiz işləyən institutlar ixtisara salınacaq.
- Ola bilərmi ki, optimallaşdırmadan sonra AMEA sistemində olmayan institutlar da AMEA-nın tabeliyinə verilsin və onlar bir mərkəzdən idarə edilsin?
- Xeyr. Çünki institutların bir çoxu ayrı-ayrı nazirliklərin tabeliyindədir və onlar tətbiqi işlərlə məşğuldurlar. Məsələn, SOCAR-ın, Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların institutları var. Amma onların da fəaliyyətinə baxılacaq.
- Ümumilikdə bu gün AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisələrin fəaliyyəti necə qiymətləndirilə bilər? Onlar elmi fəaliyyətləri səmərəli edə bilirlərmi?
- Biz bunun üçün çalışırıq. Amma bunun üçün büdcədən kənar maliyyə vəsaiti də lazımdır. Buna görə gərək institutlar özləri də vəsait qazansınlar. O vəsait olmasa, çox neqativ proses baş verə bilər. Çünki mən bir çox ölkələrin Elmlər Akademiyasında olmuşam. Onların bəziləri tamam bağlanıb, bəziləri isə birləşdirilib. Məsələn, Özbəkistanda Elmlər Akademiyası nəzdində 58 institut var idi. Onlardan 22-si qalıb. Ukraynada da çox çətin vəziyyətdir. İndi həqiqətən də bir qədər ayrı dövrdür.
- Akkreditasiya işçilərin də işdən çıxarılmasına səbəb ola bilər?
- Xeyr. Söhbət institutların özlərinin iş keyfiyyətinin, onların elmi fəaliyyətinin qiymətləndirilməsindən gedir. Ancaq sonra konkret olaraq, alimlərə, işçilərə keçəcəyik.
- Bəs, onda bu prosesin işçilərə nə zaman şamil olunacağı gözlənilir?
- Hələlik bu məsələ gündəmdə deyil, ona baxmırıq. Amma hazırlaşırıq ki, Nazirlər Kabineti nəzdində Komissiya yaradaq. Bu komissiya da institutların fəaliyyətinin yenidən monitorinqini aparacaq.
- Məlumatlara görə, gələn il ərzində AMEA-nın institutlarında çalışan işçilər ixtisar ediləcək və ya onların iş qrafiki dəyişdiriləcək. Bu məlumat həqiqəti əks etdirirmi?
- Xeyr, bu məsələ gündəlikdə yoxdur. Amma akkreditasiya olduqdan sonra hökumət yəqin ki, öz qərarını verəcək.
- İqtisadi vəziyyətlə əlaqədar gələn il AMEA sistemində çalışan işçilərin əməkhaqları azaldıla bilər?
- Xeyr. Hələlik nəzərdə tutulmayıb.
©Trend
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)
.jpg)



.jpg)





.jpg)






