Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Azərbaycan Sənaye Sığorta" zərərə düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Sənaye Sığorta" zərərə düşüb

"Azərbaycan Sənaye Sığorta" ASC 2022-ci ili 2 milyon 476 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 984 min manat xalis mənfəət ilə bağlamışdı

Marja.az xəbər verir ki, ötən il "Azərbaycan Sənaye Sığorta" şirkətinin cəmi əməliyyat gəlirləri 10 milyon 51 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 527 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 13 milyon 301 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 821 min manat təşkil etmişdi. 

2022-ci ildə "Azərbaycan Sənaye Sığorta" şirkətinin topladığı sığorta haqları 14 milyon 492 min manat, sığorta ödənişləri isə 4 milyon 896 min manat təşkil edib. 2021-ci ildə şirkət 12 milyon 27 min manat sığorta haqları toplamış, 4 milyon 270 min manat sığorta ödənişləri həyata keçirmişdi.

Ötən il "Azərbaycan Sənaye Sığorta" şirkəti sığorta ehtiyatının yaradılmasına 5 milyon 972 min manat ayırıb (2021-ci ildə 515 min manat). 

"Azərbaycan Sənaye Sığorta"da işlərin aparılması xərcləri 2021-ci ildə 3 milyon 542 min manat ikən 2022-ci ildə 4 milyon 946 min manata yüksəlib. 

Öən il "Azərbaycan Sənaye Sığorta"nın ehtiyata ayırdığı vəsait və işlərin aparılması xərcləri artdığından şirkət ili xalis zərər ilə bağlayıb.

“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onu hüquqi varisidir. 29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmlərinin 95% “Anadolu Investment Company”MMC-yə, 5%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Azərbaycan Sənaye Sığorta
28.03.2023 08:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ