Apple şirkətinin baş direktoru Çinə səfər edib
Apple şirkətinin rəhbəri Tim Kuk “Çinin Davosu” kimi tanınan Çin İnkişaf Forumunda iştirak etmək üçün Pekinə səfər edib. 2023-cü ilin Apple-ın Çində fəaliyyətə başlamasının 30-cu ildönümü olduğunu bildirən Kuk, şirkətin bu illər ərzində ölkə ilə birlikdə böyüdüyünü bildirib.ABŞ-ın texnologiya şirkəti Apple-ın baş direktoru Tim Kuk Çin İnkişaf Forumunun (CDF) ilk günündə iştirak etdiyi iclasda 2023-cü ilin Apple-ın Çində fəaliyyətə başlamasının 30-cu ildönümü olduğunu və illər ərzində ölkə ilə birlikdə böyüdüklərini vurğulayıb.
Marja xəbər verir ki, ABŞ-ın texnologiya sahəsində Çinə tətbiq etdiyi sanksiyalar və tədarük zəncirlərindəki fasilələrlə bağlı problemlərdən bəhs etməkdən çəkinən Kuk, şəhər və kənd yerləri arasındakı uçurumu aradan qaldırmaq üçün təhsildə texnologiyadan istifadənin əhəmiyyətinə diqqət çəkib.
Kuk bildirib ki, Apple Çinin kəndlərində təhsil proqramına ildə 100 milyon yuan (14,5 milyon dollar) ayıracaq.
Kuk forumdan əvvəl Pekinin Sanlitun rayonunda Apple-ın Çində açılan ilk mağazası olan Apple Store-a baş çəkib, mağaza işçiləri və müştərilərlə foto çəkdirib.
Martın 25-27-də davam edəcək forumda Kuk Baş nazir Li Çianq və yüksək səviyyəli Çin rəsmiləri, eləcə də işgüzar dairələrlə görüşəcək.
Forumda Kukdan başqa, Bridgewater Associates investisiya şirkətinin təsisçisi Rey Dalio, Pfizer əczaçılıq şirkətinin baş direktoru Albert Bourla və istehlak məhsulları şirkəti Procter & Gamble-ın baş direktoru Con Moeller iştirak edirlər.
ABŞ və Çin arasında son vaxtlar artan gərginliyə baxmayaraq, Apple 22 faizlə Çində smartfon satışlarında ən böyük paya sahibdir. Şirkət smartfonlarının əksəriyyətini subpodratçılar vasitəsilə Çində istehsal edir.
“Apple” və onun müqavilə bağladığı istehsalçıların Çinlə bağlı geosiyasi riskin artması səbəbindən istehsallarını Vyetnam və Hindistan kimi qonşu ölkələrə köçürmək təşəbbüsü ilə çıxış etdikləri müşahidə edilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 9 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















