Toyota-dan Camry modeli barədə qərar
Toyota daxili bazar üçün Camry sedanının istehsalını dayandırır. Buna səbəb həmin modelin daxili bazarda satışlarının ildən-ilə azalmasıdır.Yaponiyanın avtomobil istehsalçısı Toyota Motor Corporation Yaponiyadakı dilerlərinə bu ilin sonunda məşhur Camry sedanının daxili bazar üçün istehsalını dayandıracağı barədə məlumat verib. Lakin konsern bu modelin xaricə satışını davam etdirmək niyyətindədir.
Marja xəbər verir ki, bu barədə "Nikkei” şirkətdəki mənbələrə istinadən xəbər verir.
Buna səbəb həmin modelin Yaponiyada satışlarının ildən-ilə azalmasıdır. Belə ki, ötən il Yaponiyada cəmi 6 min ədəd “Camry” satılıb.
İlk nəsil Camry Yaponiya bazarına 1980-ci ildə çıxıb. O vaxtdan bəri bu modelin təxminən 1,3 milyon avtomobili ölkə daxilində satılıb. Dünyada 2022-ci ilin sonunadək bu avtomobillərdən 21 milyon ədəddən çox satılıb. Ən sonuncu - 10-cu nəsil - bazara 2017-ci ildə daxil olub.
Nəşr qeyd edir ki, Toyota Motor artıq Yaponiyada Camry üçün sifariş qəbulunu dayandırıb.
Hazırda işlənmə mərhələsində olan bu modelin yeni nəsli sırf ixrac üçün istehsal olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























