"ABŞ sonsuz dollar çap etmək imkanını itirməkdədir"
ABŞ, tələbin azalması səbəbindən qeyri-müəyyən müddətə əlavə dollar çap edə bilməyəcək.ABŞ-ın iqtisadi hökmranlığından istifadə edərək rəqiblərinə sanksiyalar tətbiq etməsi, Rusiya aktivlərinin dondurulmasından sonra yaranan risklər səbəbindən getdikcə daha çox dövlət dollardan istifadəni azaltmağa başlayıb. Beynəlxalq analitiklər bildirirlər ki, Amerika valyutasına tələbat azalır, ona görə də ABŞ öz valyutasını nəzarətsiz çap etmək imkanını itirir.
Marja-nın məlumatına görə, qeyd edilir ki, ABŞ hakimiyyəti inflyasiya ilə mübarizə aparmaq üçün faizləri artırır. Bu, bankların portfelində böyük çəkiyə malik olan dövlət istiqrazlarının qiymətinin geniş miqyasda ucuzlaşmasına gətirib çıxarır. Nəticədə, banklar səhmlərinin qiymətinin düşməsi ilə daha da ağırlaşan itkilərə məruz qalırlar.
Belə bir vəziyyət əmanətçilərin kütləvi şəkildə öz hesablarından pul çıxarmaları üçün ilkin şərtlər yaradır. Bütün bunlar ABŞ hakimiyyətini çox çətin vəziyyətdə qoyur. Onlar seçim qarşısında qala bilər - ölkənin maliyyə sistemini xilas etmək və dolları qurban vermək. Və ya əksinə - Dolları xilas etmək və ölkənin maliyyə sistemini qurban vermək.
Əgər zərurət yaranarsa, maliyyə sisteminin xilası üçün faizlərin artırılması dövrünə son qoyulmalı, hətta faiz dərəcələri aşağı salınmalıdır. Belə olan halda inflyasiya tamamilə nəzarətdən çıxa bilər ki, bu da dollara və onun dünyanın ehtiyat valyutası statusuna çox güclü zərbə vuracaq (Dollar ucuzlaşacaq). Buna görə də, dolları böyük miqdarda çap etməyə davam etdirmək artıq mümkün olmayacaq, həm də ona belə bir tələb olmayacaq.
Analitiklər qeyd edir ki, FED faiz dərəcələrini artırmağa davam edərsə və ümumilikdə inflyasiya ilə mübarizə kursunu davam etdirərsə, bu siyasət dolları dəstəkləyəcək (bahalaşa bilər), lakin ABŞ maliyyə sistemi üçün belə siyasətin nəticələri fəlakətli ola bilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















