"Daha bir böyük şirkət çökəcək. Səbir"
SVB-dən sonra daha bir böyük şirkət çökəcək. 2008-ci ilin böhranını proqnozlaşdıran investor Maykl Burri daha bir şirkətin çökəcəyini gözləyir.2008-ci il böhranını proqnozlaşdıran investor Maykl Burri (Michael Burry) Silikon Vadisi Bankının (SVB) menecerlərini ehtiyatsızlıqlarına görə tənqid edib və onların fiaskolarını "dot-com" və ipoteka böhranı ilə müqayisə edib.
Marja xəbər verir ki. bu barədə "Insider" yazıb.
"2000, 2008, 2023-cü illər həmişə eynidir. Nəfiskir insanlar axmaq risklərə gedir və uğursuzluğa düçar olurlar", - o, Twitter-də yazıb. Daha sonra o, mesajı silib.
Onun fikrincə, SVB bir neçə səbəbdən uğursuz oldu. Birincisi, bank böyük həcmdə sığortalanmamış əmanətlərə sahib idi. Digər tərəfdən bank, vençur kapitalı ilə dəstəklənən və pula ehtiyacı olan şirkətlərdən ibarət müştəri bazasına malik idi. Maliyyə təşkilatı FED-in il ərzində faiz dərəcələrini demək olar ki, sıfırdan 4,5 faizə qaldırmasından sonra ucuzlaşan uzunmüddətli istiqrazları da alıb.
Artan faiz dərəcələri SVB-nin istiqraz portfelinə son bir ildə zərbə vurub. FED-in aqressiv siyasəti 2 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyini 5%-dən yuxarı qaldırıb. İstiqraz qiymətləri gəlirlilik yüksəldikdə düşür.
Bankın maliyyə hesabatına görə, 21 milyard dollarlıq istiqraz portfeli 1,8% gəlirli olub. İstiqrazların böyüh hissəsi 3 illik olub. SVB-nin 2022-ci ildən əvvəl istiqrazları almasından sonra iqtiqraz qiymətləri kəskin şəkildə aşağı düşüb.
Həmçinin SVB vençur və özəl texnoloji şirkətlərə kredit vermək biznes modelinə görə təzyiq altında olub. Səhmlər 2022-ci ildə "ayı" bazarına daxil olub, səhmlərə olan maraq azalıb.
İnvestor 2001-ci və 2002-ci il hadisələri, uğursuz maliyyə spekulyasiyaları ucbatından iki böyük korporasiyanın iflasının bütün maliyyə bazarı üçün böyük itkilərə səbəb olduğu vəziyyət ilə mövcud vəziyyət arasında müqayisə aparıb. O, SVB-ni 2001-ci ildə maliyyə fırıldaqları səbəbindən iflasa uğramış enerji nəhəngi "Enron" ilə müqayisə edib. Burrinin fikrincə, spekulyativ fəaliyyətinə görə SVB təcrid olunmuş problem olaraq qalmayacaq, çox güman ki, Amerika maliyyə bazarında zəncirvari reaksiyaya səbəb olacaq.
"Zaman keçdikcə daha bir böyük şirkət çökəcək. Səbir", - o yazıb.
Burri bir neçə ildir ki, maliyyə bazarları və ABŞ iqtisadiyyatı ilə bağlı investorlara xəbərdarlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
15 d. əvvəl
Azərbaycan Dövlət Neft Fondu 200 ton qızılının 22 tona yaxınını satıb
-
21 d. əvvəl
İri bankın 5 milyon manatlıq istiqrazları ticarətə buraxılır - İLLİK 9% GƏLİR TƏKLİFİ
- 34 d. əvvəl
-
37 d. əvvəl
"SOCAR Georgia Petroleum": Gürcüstan dəmir yolu infrastrukturunu genişləndirməlidir
-
46 d. əvvəl
“Unibank”da idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 58 d. əvvəl
-
1 saat əvvəl
Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
PULLU Adam olmaq üçün ilk addımını at ®
“Unibank”da idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
Trampdan “vurub məhv edin” əmri
Ən çox oxunanlar
Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Geosiyasi gərginliklər Azərbaycan fondunu da "vurub" - Aktivləri fevral və martda 6 milyard dollar "əriyib"
Milli Depozit Mərkəzi ASAN Pay platformasında hüquqi şəxslər üçün yeni imkanları tam aktivləşdirib
Azərbaycanın Neft Fondu kiçilib - investisiya gəlirləri üzrə 741,1 milyon manatlıq azalma
Bank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi
Bank olmayan kredit təşkilatı kapital tələbinə əməl etmədi, Mərkəzi Bank lisenziyasını ləğv etdi





.jpg)





.jpg)







