Azərbaycan şirkəti "Tufan" edir - Binədə motosiklet və moped istehsalı zavodu tikəcək
Azərbaycanda motosiklet və mopedlərin istehsalı ilə məşğul olan "Ecosoft" şirkəti Bakının Binə qəsəbəsində yeni istehsal sahəsini yaradacaq.
Bunu Marja.az-a şirkətin Direktoru İlkin Ağamirov bildirib.
O qeyd edib ki, hazırda "Tufan" markası altında motosikletlər və mopedlər Bakıda Babək prospektində yerləşən müəssisədə istehsal edilir. Yaxın 2-3 həftə ərzində Binədə tikintisinə başlanacaq istehsal sahəsi daha geniş və müasir avadanlıqlara malik olacaqdır:
"Biz fəaliyyətə Türkiyə və Belarusdan motosiklet və mopedlərin idxalı ilə başlamışıq. Zaman keçdikcə bu sahədə təcrübə qazandıq, xaricdən idxal olunan modellərin zəif nöqtələrini aşkar etdik. Öz modellərimizi yaradan zaman həmin zəif nöqtələri nəzərə almışıq. Artıq bizdən motosikleti alıb gedənlərin 98-99%-i geri qayıtmır. Təbii ki, zəmanət də verirk"
İlkin Ağamirov əlavə edib ki, indiyədək təxminən 5000 ədəd motosiklet və moped istehsal ediblər. Ehtiyat hissələri Çin, Yaponiya, Belarus və Türkiyədən alınır.
"Bazarda ən ucuz moped və motosiklet modelləri bizdədir"
Yerli istehsal motosiklet və mopedlərin qiymətləri barədə də məlumat verən şirkətin Direktoru bildirdi ki, qiymətlər 1850 manatdan başlayır:
"Orta bahalı motosikletlər 4600 manat, bahalı modellər 7900 manatdır. Daha çox satılan, xüsusilə kuryerlərin daha çox aldığı modellərin qiyməti 2000 manat civarındadır. Bahalı modellər daha böyük həcmli mühərriklər ilə təchiz edilir. Bu modellər əsasən şəxsi istifadə üçün alınır.
Bazarda ən ucuz moped və motosiklet modelləri bizdədir. Çünki istehsal yerlidir. Bazarda satış qiymətləri təxminən 2500 manat olan modellərin anoloqunu biz 1800 manata təklif edirik. Bizim modellər idxal moped və motosikletlərindən təxminən 600 - 700 manat daha münasibdir, keyfiyyətdə isə irəlidədir".
İlkin Ağamirov əlavə edib ki, həmçinin "Ecosoft" şirkəti Belarusun "Minsk" motosikletlərinin də satışı ilə məşğul olur. Həm "Tufan", hə də "Minsk" motosikletlərinin satış mərkəzi Babək pr 31 ünvanında (Babək Plazanın qarşısı) yerləşən "Motoplaza"dır. Bundan başqa, Gəncə, Lənkəran və Bərdə də satış və servis mərkəzləri fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
10 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
10 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























