Amerikalıların sərvəti yenidən artıb
ABŞ-da ev təsərrüfatlarının (ailələrin) xalis sərvəti 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 147,7 trilyon dollara çatıb.ABŞ Federal Ehtiyat Sistemi (FED) ötən ilin oktyabr-dekabr dövrü üçün "ABŞ Maliyyə Hesabları" hesabatını dərc edib.
Marja xəbər verir ki, ölkədəki ev təsərrüfatlarının xalis sərvəti ötən ilin dördüncü rübündə 147,7 trilyon dollara yüksəlib.
Ötən ilin son rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artan ev təsərrüfatlarının sərvəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azdır.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti keçən ilin birinci rübündə rekord həddə - 151,9 trilyon dollara çatdıqdan sonra ikinci rübdə 146,1 trilyon dollara, üçüncü rübdə isə 144,8 trilyon dollara qədər azalmışdı.
Ötən ilin son rübündə səhmlərin dəyəri 2,7 trilyon dollar artıb, daşınmaz əmlakın dəyəri isə 100 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcunun artımı ötən ilin dördüncü rübündə 6,2 faizdən 2,3 faizə düşüb.
Sözügedən dövrdə istehlak kreditləri borcu 7 faiz, ipoteka (mənzil krediti) borcu isə 4,4 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 34 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)
















